09 avqust 2022 10:55
586

Rusiya futbolunda məhdudiyyətlər tətbiq edilə bilər

Rusiya futbolunda koronavirusa görə bəzi məhdudiyyətlər tətbiq oluna bilər.

"İki sahil" xəbər verir ki, buna infeksiyaya yoluxma hallarının artması səbəb olacaq.

Artıq klublar liqa rəhbərliyindən məktub alıblar. Bildirilib ki, azarkeşlər üçün QR kod, rəqib komandalar üçün PCR testi, maska rejiminin olması və tribunalarda əyləşmə məhdudiyyətləri zəruri olacaq.

Qeyd edək ki, Rusiyada koronavirusun daha çox yayıldığı dönəmdə oyunlar məhdud sayda tamaşaçı ilə baş tutub.