09 avqust 2022 11:32
566

Millimiz “Sabah”ı məğlub edib

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

"İki sahil" xəbər verir ki, “Sabah”ın eyni yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 4:1 hesablı qələbə qazanıb.

İbrahim Xəlilovun dubl etdiyi oyunda U-16-nın digər qollarını Ramin Əvəzov və Ziya Şəkəranov vurublar.