09 avqust 2022 11:50
498

Hulusi Akar: Terrorçuların olduğu hər yer bizim üçün hədəfdir

“Yeganə məqsədimiz sərhədlərimizi qorumaqdır. Kimsənin torpağında gözümüz yoxdur”.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkəsinin xarici dövlətlərdəki səfirlərinin 13-cü konfransında deyib.

“İŞİD-lə qarşı-qarşıya mübarizə aparan yeganə güc Türkiyə Silahlı Qüvvələridir. Terrorçuların olduğu hər yer bizim üçün hədəfdir. Bizim əməliyyatlarımız nəticəsində 1 milyon 100 min insan torpaqlarına qayıdıb. Bu, Avropanın xeyrinədir. Ona görə də Qərb Türkiyənin terrorla mübarizəsinə dəstək verməlidir”, - o bildirib.