09 avqust 2022 12:21
482

Tbilisidən gedən qatarların hərəkəti dayandırılıb

Avqustun 9-dan etibarən Tbilisidən Batumiyə, Kutaisi, Zuqduqi və Poti istiqamətində gedən qatarların hərəkəti dayandırılıb.

"İki sahil" xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolları” məlumat yayıb.

Bildirilir ki, qatarların hərəkəti yeni xətlərə keçidlə bağlı dəmir yollarında aparılan texniki işlər səbəbindən dayandırılıb.

Batumi və digər üç istiqamətdə getmək istəyənlər üçün qatarlar Xaşuri və Borjomidən hərəkət edəcək.

Tbilisidən qatarların hərəkətinin avqustun 12-dən bərpa olunacağı gözlənilir.