13 avqust 2022 00:02
509

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yarımfinalda rəqibi müəyyənləşib

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yarımfinal mərhələsində rəqibi müəyyənləşib.
“İki sahil” xəbər verir ki, yarımfinalda komandamız İran yığması ilə üz-üzə gələcək. Qarşılaşma avqustun 14-də olacaq.