15 avqust 2022 10:26
548

Milan klubları Ronaldunu istəməyiblər

İtaliyanın "İnter" və "Milan" klubları İngiltərə "Mançester Yunayted"inin ulduz futbolçusu Kriştianu Ronaldunu almaqdan imtina ediblər.

"İki sahil" xəbər verir ki, bunu tanınmış insayder Tankredi Palmeri tviterdə yazıb.

O, "qırmızı şeytanlar"ın 37 yaşlı hücumçunu hər iki kluba təklif etdiyini, lakin rədd cavabı aldığını bildirib.

Qeyd edək ki, Kriştianu Ronaldonun "Mançester Yunayted"lə 2023-cü ilin yayınadək müqaviləsi var.