15 avqust 2022 12:52
421

İrəvandakı partlayışda terror ehtimalı istisna olunub

İrəvanın “Surmalu” topdan satış bazarındakı partlayışda terror ehtimalı istisna olunur.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Ermənistan fövqəladə hallar naziri Armen Pambuxçyan açıqlama verib.

Hazırda ərazidəki yanğının lokallaşdırıldığı, axtarış-xilasetmə işlərinin davam etdirildiyi bildirilir.

Xatırladaq ki, “Surmalu” bazarındakı partlayış və yanğın zamanı azı 6 nəfər ölüb, 16 nəfər itkin düşüb və 61 nəfər yaralanıb.