15 avqust 2022 13:58
546

Bu gün F-16-nın Türkiyəyə verilməsi ilə bağlı danışıqlar ABŞ-da baş tutacaq

F-16-nın Türkiyəyə verilməsi və mövcud olanların modernləşdirilməsinə dair danışıqların növbəti mərhələsi bu gün Amerika Birləşmiş Ştatlarında baş tutacaq.

“İki sahil” xəbər verir ki,  bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, ABŞ-ın dəvəti ilə danışıqlarda iştirak etmək üçün Milli Müdafiə Nazirliyinin texniki heyəti yola düşüb.