17 avqust 2022 22:28
546

Sosial mediada  gənclərin rolu FOTO

Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı Aparatının  işçilərinin və gənc partiya fəallarının iştirakı ilə “Sosial mediada  gənclərin rolu” mövzusunda  tədbir keçirilib.

“İki sahil” xəbər verir ki,  tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev açaraq, cəmiyyətimizdə informasiya texnologiyalarının bir qolu olan  sosial şəbəkələrdə fəaliyyətlə bağlı ətraflı məlumat verib. Rayon təşkilatının sədri beynəlxalq aləmdə və ölkəmizdə cərəyan edən hadisələrdən ətraflı bəhs edərək, hər bir partiya üzvünün sosial medyada fəallığının vacibliyini ön plana çəkdi və bu yönümdə öz tapşırıq və tövsiyyələrini verib.

Tədbirdə çıxış edənlər məsələ ilə bağlı fikir və təkliflərini bildiriblər.