17 avqust 2022 23:16
631

Vətən müharibəsi şəhidi Elman Məmmədovun doğum günündə xatirəsi anılıb FOTO

Vətən müharibəsi şəhidi Məmmədov Elman Bəhmən oğlunun doğum günündə xatirəsi anılmışdır.

“İki sahil” xəbər verir ki,  şəhidin ailə üzvləri ilə bilikdə Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev, Tərtər rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, Rayon təşkilatının əməkdaşları, Suvarma Sistemləri İdarəsi Ərazi Partiya təşkilatının sədri Zahid İbrahimov, Uşaq Musiqi Ərazi Partiya Təşkilatının sədri Emin Haqverdiyev, Borsunlu kənd ərazi partiya təşkilatının sədri İlqar Orucov , YAP fəalları, 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına Şəhid olmuş Məmmədov Elman Bəhmən oğlunun doğum günü ilə əlaqədar onun məzarını ziyarət edərək, qəbri üzərinə gül- çiçək dəstələri düzmüş və xatirəsini ehtiramla yad edərək, ruhuna dualar oxunmuşdur.

Tədbirdə YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev çıxış edərək Müzəffər Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 gün ərzində düşmənə divan tutması və təslimolma sənədini imzalamağa məcbur etməsi hərb tariximizə qızıl hərflərlə yazıldığını, yenilməz ordumuzun zəfər yürüşü siyasi müstəvidə qazanılan qələbə ilə başa çatdırdığını, bu tarixi Qələbənin əldə olunmasında canından keçən şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin və müharibə veteranlarının döyüş meydanında göstərdikləri misilsiz qəhrəmanlıq və şücaətinin heç vaxt unudulmayacağını bildirmişdir.

Söhbət zamanı şəhid ailəsinin üzvləri onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Şəhid Məmmədov Elman Bəhmən oğlu oktyabrın 3-də Füzuli rayonu istiqamətində gedən döyüş əməliyyatlarında döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş zamanı şəhid olub. Tərtər rayonunun Borsunlu kəndində dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti , Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elman Məmmədov ölümündən sonra “İgidliyə görə”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!