Lerik rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov fəaliyyətə başladığı gündən çox vətəndaşın problemi həllini tapıb.
Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında növbəti dəfə isə icra başçısı rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə 117 vətəndaşı, o cümlədən şəhid ailələri və müharibə iştirakçılarını qəbul etdi. Qaldıran məsələlərin bir qışımı yoluna qoyulub. Vətəndaşlar tərəfindən irəli sürülən bəzi müraciətlərin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi və icrası nəzarətə götürülüb.
Rayon sakinləri müraciətlərinə baxılması ilə bağlı əlverişli və rahat şəraitin yaradılması üçün başçıya razılığını bildirdilər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü