17 avqust 2022 19:56
534

Üzgüçümuz özünün ikinci, milli komandanın 3 -cü medalını qazandı FOTO

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçülərindən 3-cü medal gəlib.

“İki sahil” xəbər verir ki,  Üzgüçülük Federasiyasının mətbuat xidməti  xəbər verir ki, komandamızın üzvü Məryəm Şeyxəlizadəxangah 100 metr məsafəyə batterflay üsulla üzmə yarışlarında 01.02.24 nəticə ilə İslamiadada gümüş medal qazanıb.