18 avqust 2022 10:23
461

Ərdoğanın Ukraynaya səfəri başlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri başlayıb.

“İki sahil” xəbər verir ki, onun təyyarəsi Ankaradakı Esenboğa hava limanından yola düşüb.

Ərdoğan Lvov şəhərində BMT Baş katibi Antonio Quterreş və həmkarı Volodimir Zelenski ilə ikitərəfli və üçtərəfli görüşlər keçirəcək.

Liderlərin Ukraynadakı durumu, o cümlədən taxıl ixracı prosesini müzakirə edəcəkləri gözlənilir.