18 avqust 2022 10:48
442

Dünya bazarlarında qazın bahalaşması davam edir

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

“İki sahil” xəbər verir ki,  sentyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,38% artaraq 9,216 ABŞ dolları təşkil edib.