18 avqust 2022 12:17
480

Avropada qazın qiyməti cüzi artıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 400 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.

“İki sahil” xəbər verir ki,  17 avqust tarixində sentyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 2 384,7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 0,3% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3900 dollaradək yüksəlib.