18 avqust 2022 14:42
457

Bakıda beynəlxalq tibb sərgisi keçiriləcək

Noyabrın 3-dən 5-dək Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları “Medinex” sərgisi keçiriləcək.

Bu barədə “İki sahil”ə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, “Medinex” Azərbaycanda tibb və səhiyyə sahəsində hərtərəfli tədbirdir, həmçinin istehsalçılar, distribyutorlar və sənaye peşəkarları üçün görüş yeridir.

Sərgi Azərbaycan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə keçirilir. Sərgidə tibbi avadanlıqlar, tibbi məhsullar, tibbi turizm, tibbi təhsil, dərman vasitələri, vitaminlər və bioloji aktiv əlavələr, innovativ laboratoriya avadanlıqları, optika, stomatologiya, tibbdə informasiya texnologiyaları və s. təqdim olunacaq.