19 avqust 2022 20:37
374

Ukraynada hərbi yaşda olan bəzi kişilərin xaricə getməsinə icazə verildi

“Nazirlər Kabineti 2022-ci il sentyabrın 1-dən ixracyönümlü şirkətlərin orta əməkhaqqı azı 20 000 qrivnadan az olmayan, büdcəyə vergi və rüsumlar üzrə borcu olmayan 10 nəfərdən az işçisinə 7 günə qədər xarici ölkələrə səyahət etməyə icazə verib”.

“İki sahil” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Ukrayna Baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Sviridenko bildirib.

O, qeyd edib ki, bu “Diya” portalı vasitəsilə əlçatan olacaq.