23 sentyabr 2022 01:38
275

Yerablur “döyüşləri”: Erməni “qırmızı biretlər” əsgər analarına qarşı – VİDEO

Erməni polisi Yerablur hərbi məzarlığı ərazisindəki əsgər analarından birinin barmağını sındırıb, digər valideynin isə qolunu əzib.

“İki sahil” xəbər verir ki, bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetində bildirilir.

“Yaxşıca yedizdirilmiş, boylu-buxunlu erməni “qırmızı və qara biretləri” sərhəd bölgəsindəki postlarda olmaq əvəzinə, 44 günlük müharibədə ölən həmvətənlərinin ana və bacılarını qəbristanlıq ərazisində qovalamaqla məşğuldurlar. Həlak olan hərbçilərin yaxınları dövlət orqanları tərəfindən Yerablurda qoyulmuş bütün çələngləri dağıdıb və ətrafa səpələyiblər”, - deyə videomaterialda qeyd olunur.

Daha ətraflı “Caliber”in yeni süjetində: