23 sentyabr 2022 00:39
327

Millətlər Liqası: Azərbaycan Slovakiyanı məğlub edib

Azərbaycan millisi Millətlər Liqasının 2022/23 mövsümündə növbəti oyununu keçirib.

“İki sahil” xəbər verir ki,  komandamız Slovakiya yığmasının qonağı olub.

Canni de Byazinin baş məşqçisi olduğu millimiz Trnava şəhərindəki Anton Malatinski stadionunda keçirilən oyunda rəqibini 2:1 hesabı ilə məğlub edib.