27 sentyabr 2022 11:27
340

Baş məşqçi: Messi həmişə meydanda olacaq

 Argentina millisinin baş məşqçisi Lionel Skaloni PSJ-nin və yığmanın futbolçusu Lionel Messi haqda fikirlərini bölüşüb.

"İki sahil" "TyC Sports"a istinadən xəbər verir ki, o, deyib: "Millinin baş məşqçisi olduğum müddətdə Messi həmişə meydanda olacaq. Pis bir şey baş verməsə, Lionel oynayacaq. Onun xüsusi bacarığı var. Burada heç bir mübahisə ola bilməz.

Mütəxəssis Messinin PSJ-də xoşbəxt olduğunu da söyləyb: “Lionel xoşbəxtdir, yaxşı oynayır və məncə onu başa düşən komandadadır. Düşünürəm ki, Messi PSJ-də irəliyə bir addım atdı. Onun indiki durumundan razıyıq”.

Qeyd edək ki, Messi bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 11 matçda 6 qol vurub və 8 qolun ötürməsini verib. Onun klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.