27 sentyabr 2022 11:44
298

Rusiya-Gürcüstan sərhədində səyyar səfərbərlik məntəqəsi yaradılacaq

Rusiyanın Gürcüstanla sərhədində "Yuxarı Lars" sərhəd-keçid məntəqəsində səyyar səfərbərlik məntəqəsi yaradılacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiyanın Şimali Osetiya respublikasının Daxili İşlər Nazirliyi bildirib.

Eyni zamanda sərhəddən piyada keçidinə də icazə verildiyi bildirilib.

Qeyd edək ki, Rusiyada qismən səfərbərlik elan edildikdən sonra Rusiya-Gürcüstan sərhədində, xüsusilə "Yuxarı Lars" sərhəd-keçid məntəqəsində böyük izdiham yaşanır, Rusiya vətəndaşları kütləvi şəkildə ölkəni tərk etməyə çalışır.