27 sentyabr 2022 11:50
271

Odessadakı Azərbaycan Evinin fəaliyyəti bərpa olunub

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov / Report

"Odessadakı Azərbaycan Evinin fəaliyyəti artıq bərpa olunub".

“İki sahil” xəbər verir ki, bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

Ukraynada iki Azərbaycan Evinin fəaliyyət göstərdiyini xatırladan sədr bildirib: "Ümumi yanaşmaya görə, Ukraynada 300-500 min azərbaycanlı ailəsi vardı. Ancaq hazırda orada yaşayan və ya vəfat edən şəxslərlə bağlı bizdə konkret məlumatlar yoxdur".