27 sentyabr 2022 12:07
287

Fuad Muradov: Ermənilər UNESCO nümayəndələrinin gözü qabağında Azərbaycan Evinə hücum edib

"Ermənilər UNESCO nümayəndələrinin gözü qabağında Azərbaycan Evinə hücum edib. Ermənistanın Azərbaycana təxribatı ərəfəsində Parisdə yerləşən Azərbaycan evinə hücum olmuşdu".

“İki sahil” xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həmin gün orada UNESCO ilə birgə tədbir keçirilirdi: "Bir daha da dünyanın mədəniyyətini qoruyan təşkilat ermənilərin mədəniyyətsizliyini gördü. Bu onların özlərini necə aparmasını göstərir".

Fuad Muradov qeyd edib ki, bundan başqa Azərbaycanın heç bir idman klubu, mədəniyyət mərkəzi və digər diaspor müəssisələrinə hücum olmayıb: "Bu gün Azərbaycanın diasporu ayaqdadır. Diasporun inkişafı bir ilin, beş ilin işi deyil, daim iş aparılmalıdır. Biz erməni təxribatı zamanı 20-dən çox ölkəyə müxtəlif dillərdə bəyanatlar göndərmişdik. Bu gün də fəaliyyətimizi davam etdiririk. Bizim bütün istiqamətlərdə diasporumuz formalaşıb. İdman klublarımız, Azərbaycan evlərimiz mövcuddur. Şənbə-bazar günləri Azərbaycan dili kurslarımız fəaliyyət göstərir. Eyni zamanda musiqimizi, mədəniyyətimizi təbliğ edən klublarımız var. Müəyyən təhlükəsizlik işləri görülür".