27 sentyabr 2022 12:30
287

Bayram Səfərov: Şuşaya ilk olaraq qəzalı binalarda yaşayanlar köçürüləcək

“Artıq Şuşada yaşayış binasının tikintisinə başlanıb. Prezidentin xüsusi nümayəndəsi bu işlərlə məşğuldur”.

“İki sahil” xəbər verir ki, bunu Şuşa Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Bayram Səfərov deyib.

O bildirib ki, burada əhali ilə Şuşa Rayon İcra Hakimiyyəti işləyir.

“Yəqin ki, ilk olaraq qəzalı binalarda yaşayan sakinlər Şuşaya köçürüləcək”, - icra başçısı qeyd edib.

O, Şuşa RİH-in binasının Şuşaya nə zaman köçürülməsi məsələsinə də münasibət bildirib. Bayram Səfərov qeyd edib ki, nə zaman göstəriş verilsə, RİH-in binası o zaman Şuşaya köçürüləcək.