27 sentyabr 2022 12:43
276

Müharibənin ilk günü şəhid olan Qurbanovlar ailəsi...

Bu gün Azərbaycanda Anım Günü qeyd olunur. Anım günündə  Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi anılır.

“İki sahil” xəbər verir ki, Vətən Müharibəsi zamanı hərbçilərimizlə yanaşı 94 dinc, mülki şəxs də erməni təcavüzünün qurbanı olub. Onlardan biri Qurbanovlar ailəsi idi.  

Belə ki, Vətən Müharibəsinin ilk günü  Ermənistan silahlı birləşmələrinin dinc Azərnaycan əhalisini hədəfə alması səbəbindən növbəti dəfə toplarla atəş nəticəsində Naftalan rayonu, Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun dörd ailə üzvü həlak olmuşdular.

Qeyd edək ki, Vətən Müharibəsi zamanı erməni terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib.