27 sentyabr 2022 12:57
317

Səhiyyə Nazirliyində Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

Sentyabrın 27-də saat 12:00-da Səhiyyə Nazirliyinin rəhbərliyi və kollegiya üzvləri Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Səhiyyə Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev bildirdi ki, Azərbaycanın qəhrəman övladları Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində tariximizin ən şərəfli səhifələrindən birini yazdılar. T.Musayev 30 illik həsrətə şəhidlərimizin qanı, eyni zamanda əsgər və zabitlərimizin döyüşlərdə böyük fədakarlığı hesabına son qoyulduğunu vurğuladı.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı hərbçilərimizə şəfa versin!