28 sentyabr 2022 16:17
400

"Barselona"nın futbolçusu əməliyyat olundu

"Barselona"nın futbolçusu Ronald Arauxo əməliyyat olunub.

"İki sahil" klubun rəsmi saytına istinadən xəbər verir ki, uruqvaylı müdafiəçinin əməliyyatı Finlandiyanın Turku şəhərində gerçəkləşib.

Qeyd edək ki, Arauxo İrana 0:1 hesabı ilə uduzduqları yoldaşlıq görüşündə zədələnib. Onun Qətərdə keçiriləcək dünya çempionatını buraxacağı ehtimal olunur.