28 sentyabr 2022 17:19
401

Bellerin 1 ay oynaya bilməyəcək

"Barselona”nın yeni transferi Hektor Bellerinin zədəsi ciddidir.

"İki sahil" klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı müdafiəçi bu gün tibbi müayindən keçib.

Ayağının alt əzələsində problem aşkarlanan futbolçunun 3-4 həftə meydana çıxa bilməyəcəyi məlum olub.

Bu yay "Barselona" ilə 1 illik müqavilə imzalayan Bellerin Kataloniya klubunda cəmi 2 oyun keçirib.