29 sentyabr 2022 02:19
389

Kaliforniyada məktəbdə atışma olub, yaralananlar var

ABŞ-ın Kaliforniya ştatının Oklend şəhərində məktəbdə atışma nəticəsində azı 5 nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə yerli KTVU televiziyası məlumat yayıb.

Bildirilib ki, yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə zamanı məktəb əhatəyə alınıb, uşaqlar və əməkdaşlar hazırda təxliyə edilir.

Məlumata görə, atışmanı 3 nəfər törədib. Polis şübhəliləri axtarır.