29 sentyabr 2022 13:47
331

Livan parlamenti yeni prezidenti seçə bilməyib

Livan parlamenti bu gün keçirilən iclasında yeni prezidenti seçə bilməyib.

"İki sahil" "Əl Cəzirə"yə istinadən xəbər verir ki, namizədlərdən heç biri qalib gəlmək üçün tələb olunan dəstəyi ala bilməyib.

128 deputatdan 63-nün bülletenləri boş olub, daha 36 namizəd isə müxalifət fraksiyasından olan Mişel Muavvadin namizədliyini dəstəkləyib.