Sabah saat 15:00-da Kremldə yeni ərazilərin Rusiyaya daxil olmasına dair sazişlər imzalanacaq.
“İki sahil” xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib
“Sabah saat 15:00-da Kremlin Georgiyevsk zalında yeni ərazilərin Rusiya Federasiyasına daxil olmasına dair sazişlərin imzalanması baş tutacaq. Putinin çıxışı olacaq”, deyə Kremlin sözçüsü qeyd edib.