29 sentyabr 2022 15:07
261

İran Fransaya nota verib

İran Fransaya nota verib.

“İki sahil” xəbər verir ki, Fransa səfirliyinin müvəqqəti işlər vəkili Floran İdalo İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Ona Fransa Xarici İşlər Nazirliyinin İranın daxili işlərinə müdaxilə xarakterli bəyanatına görə rəsmi Tehranın etiraz notası təqdim olunub.