29 sentyabr 2022 15:28
284

Lənkəranda 18 yaşlı gəlin itkin düşüb FOTO

Lənkəranda 18 yaşlı gəlin itkin düşüb.

“İki sahil” xəbər verir ki, Lənkəran rayonunun Velədi kənd sakini, 2004-cü il təvəllüdlü Lamiyə Valeh qızı Məmmədova 8 gün öncə evdən çıxaraq, geri qayıtmayıb. Hadisə ilə bağlı dərhal rayon polis şöbəsi məlumatlandırılıb. Yaxınları və Lənkəran Polis Şöbəsi əməkdaşları Lamiyənin axtarışlarına başlayıblar. Amma Lamiyənin itkin düşməsindən 8 gün keçsə də, axtarışlar hələlik nəticəsiz qalıb.

Hazırda onun axtarışları istiqamətində işlər davam etdirilir.

Lamiyənin 3 aylıq hamilə olduğu bildirilir. O, evdən çıxarkən 40 manat pul götürüb.