29 sentyabr 2022 15:54
404

"Olimpiakos"da müdafiəçi problemi

Avropa Liqasının qrup mərhələsində növbəti oyunlarını “Qarabağ”a qarşı keçirəcək “Olimpiakos”un daha bir futbolçusu zədələnib.

"İki sahil" Yunanıstan mətbuatına istinadən xəbər verir ki, mərkəz müdafiəçisi Usseynu Ba sıradan çıxıb. Seneqal millisinin üzvü məşq zamanı zədələnib. Onun “Qarabağ”la matçlarda iştirak edib-etməyəcəyi qarşıdakı günlərdə bilinəcək.

Xatırladaq ki, Yunanıstan klubunda digər mərkəz müdafiəçisi Panayotis Retsos, qapıçı Tomas Vatslik və hücumçu Hvan Uy Co da zədəlidir.

Oktyabrın 6-da keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasında növbəti görüş isə oktyabrın 13-də Bakıda olacaq.