29 sentyabr 2022 16:20
332

Daxili siyasət naminə təxribatlar həyata keçirirlər, amma biz buna təmkinlə reaksiya veririk

“Yunanıstanla bəzi problemlər var və təəssüf olsun ki, daxili siyasət naminə təxribatlar həyata keçirirlər, amma biz buna təmkinlə reaksiya veririk”.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar Şırnaka səfəri çərçivəsində çıxışı zamanı deyib.

O qeyd edib ki, Yunanıstanda bəlli siyasətçilər ölkələrini pis qonşu siyasətinə çəkir, Türkiyə isə bütüm problemlərin, həmçinin, Egey dənizindəki anlaşılmazlıqları danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıdır.

“Biz bunu hər fürsət olduqca deyirik. Lazımdırsa Türkiyəyə gəlsinlər, ya bizi dəvət etsinlər, gedək görüşək, problemləri həll edək. Türkiyə kimsə üçün təhdid, təhlükə deyil, güclü və etibarlı tərəfdaşdır”.