29 sentyabr 2022 16:54
386

Boatenq: Almaniya millisində yenə 80 milyon məşqçi var

Almaniya millisinin sabiq müdafiəçisi Jerom Boatenq yığmanın baş məşqçisi Hans-Diter Fliki dəstək nümayiş etdirib.

“İki sahil” xəbər verir ki, "Lion"un futbolçu sosial şəbəkə hesablarında yazıb:  "Dünya çempionatına az qalmış  millidə yenə 80 milyon məşqçi var. Bizim güclü komandamız var, istənilən rəqibi məğlub edib dünya çempionu ola bilərik. Bütün mövqelərdə gənc futbolçularımız mövcuddur.

Komandanı tənqid etmədən, çaxnaşma yaratmadan dünya çempionatına pozitiv yanaşmağa nə deyirsiniz? Pozitiv qalın və birlikdə komandaya dəstək olun. Dünya çempionatından sonra yenidən iki sent əlavə edə bilərsiniz”.