29 sentyabr 2022 16:55
426

Rəqəmsal manat konsepsiyasının hazırlanmasına beynəlxalq təşkilatlar cəlb edilib

Rəqəmsal manat konsepsiyasının hazırlanmasına beynəlxalq təşkilatlar cəlb edilib.

Bunu “İki sahil”ə Azərbaycan Mərkəzi Bankın baş direktoru Fərid Osmanov deyib. Onun sözlərinə görə, artıq konsepsiyanın hazırlanması istiqamətində işlər aparılır.
“Ümumiyyətlə mərkəzi bankların rəqəmsal valyutaları konseptual olaraq texnoloji layihə deyil. Bu daha çox monetar siyasət, pulun transmissiyası, ümumiyyətlə ölkənin iqtisadiyyatını qiymətləndirəndən sonra reallaşdırılır. Bildiyimiz kimi, bəzi mərkəzi banklar artıq bunun konsepsiyasını hazırlayıb, bəziləri testlər aparır. Azərbaycan Mərkəzi Bankı da konsepsiyanın hazırlanması istiqamətində işləri davam etdirir və bununla əlaqədar beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq edir”, - deyə Fərid Osmanov qeyd edib.