29 sentyabr 2022 16:56
346

Paytaxtda 31 eynisəviyyəli piyada keçidi işıqlandırılıb

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi paytaxtın iki əsas prospektini əlaqələndirən, nəqliyyatın intensiv hərəkətinin müşahidə olunduğu Müzəffər Nərimanov küçəsində piyada adacıqları inşa edib və eynisəviyyəli piyada keçidlərini işıqlandırmaqla piyada təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırıb.

Bu barədə “İki sahil”ə Agentlikdən bildirilib.

Məlumata görə, ümumilikdə Bakı şəhərinin inzibati ərazisində 31 ədəd eynisəviyyəli piyada keçidinin bu formada işıqlandırılması təmin edilib. Analoji layihələr davamlı olaraq icra edilməkdədir.