29 sentyabr 2022 17:11
462

YAP Gənclər Birliyi beynəlxalq forumda təmsil olunub - FOTO

19-22 sentyabr tarixlərində Rusiyanın Nijni Novqorod şəhərində “Rusiya və Azərbaycanın II Gənclər Təşəbbüsləri Forumu" keçirilib.

“İki sahil” yap.org.az-a istinadən xəbər verir ki, Forumda Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvü Anastasiya Lavrina iştirak edib.

Tədbir Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə keçirilib. Məqsəd iki ölkənin fəal gəncləri arasında humanitar sahədə əməkdaşlıq imkanlarının genişləndirilməsidir.

Qeyd edək ki, "Rusiya və Azərbaycanın I Gənclər Təşəbbüsləri Forumu" bu ilin mart ayında Azərbaycanın Qusar şəhərində təşkil olunub.