29 sentyabr 2022 22:23
380

Anna Ukraynanın qara siyahısına düşdü

Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi rus müğənni və aktrisa Anna Semenoviçi ölkə üçün milli təhlükəsizliyə təhdid yaradan şəxslər siyahısına daxil edib.

“İki sahil” xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Semenoviç bu siyahıya Rusiyanın xarici siyasətini dəstəklədiyi, həmçinin Ukrayna ərazisində xüsusi hərbi əməliyyatda iştirak edən rus hərbçilərinə baş çəkdiyinə görə düşüb.