30 sentyabr 2022 07:58
387

Misli Premyer Liqada 8-ci tur başlayır

Bu gün Misli Premyer Liqasında 8-ci tura start veriləcək. 

"İki sahil" xəbər verir ki, ilk oyun günündə bir matç keçiriləcək. "Səbail" "Qəbələ"ni qəbul edəcək. Görüş saat 19:00-da başlayacaq.

Qeyd edək ki, turun digər qarşılaşmaları 1-2 oktyabr tarixlərində keçiriləcək.

Misli Premyer Liqası

30 sentyabr

19:00. “Səbail” – “Qəbələ”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Cavid Cəlilov.
Bakı. “ASCO Arena”

1 oktyabr (şənbə)

15:30. “Turan Tovuz” – “Zirə”
Hakimlər: Rauf Allahverdiyev, Zeynal Zeynalov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
Tovuz şəhər stadionu

18:00. “Qarabağ” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Vüqar Həsənli
“Azersun Arena”

2 oktyabr (bazar)

15:30. “Şamaxı” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Vüsal Məmmədov, Emin Əliyev
Şamaxı şəhər stadionu

18:00. “Sumqayıt” – “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Əli Əliyev
“Kapital Bank Arena”