03 oktyabr 2022 16:13
562

Ürək üçün 4 vacib dietik qayda

İnsan ölümünə səbəb olan birinci problem ürəkdir.

Nə qədər qidalanma və pəhrizə diqqət yetirsək, ürək bir o qədər uzunömürlü olacaq.

“İki sahil” xəbər verir ki, həkimlər ürək üçün qidalanmada 4 əsas prinsipə əməl etməyi tövsiyə edir.

Yüksək kalorili - yağ, ət, pendir, qəlyanaltı, qızarmış yeməkləri azalt

Meyvə-tərəvəzi artır. Gözünüzün önündə həmişə meyvə-tərəvəz dolu qab olsun.

Ağ undan imtina et

Taxıl tam taxıl, kəpəkli, qara, çovdar olmalıdır.

Transyağlar və doymuş yağları - marqarin, qarğıdalı və s. unut

Bu yağlar qanda xolesterini artırır, nəticədə damarlar tıxanır. Təmiz kərə yağı, təmiz zeytun yağı, qoz, küncüt, kətan toxumu yağlarına keçilməlidir.

 Yemək paylarını azalt

Həmişə boşqabı tam doldurma. Böyük boşqabları dəyiş. Kiçik boşqabı doldur, o zaman beynini aldadacaqsan.