04 oktyabr 2022 14:14
347

Valyuta hərracında bankların dollar tələbi 34%-dən çox azalıb

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"İki sahil" AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 37,1 mln. ABŞ dolları olub və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (29 sentyabr 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 34,4% və ya 19,5 mln. ABŞ dolları azalıb.

Qeyd edək ki, ötən hərracda bankların dollar tələbi 56,6 mln. ABŞ dolları təşkil etmişdi.