04 oktyabr 2022 15:33
365

La Liqada baş məşqçi istefası

"Elçe" baş məşqçisi Fransisko Rodriqeslə yollarını ayırıb.

“İki sahil” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 44 yaşlı mütəxəssisin istefaya göndərildiyi bildirilib. La Liqa təmsilçisi Rodriqesə və onun məşqçilər heyətinə uğurlar arzulayıb.

Qeyd edək ki, F.Rodriqes 2021-ci ilin noyabrından "Elçe"ni çalışdırırdı. Komanda onun baş məşqçiliyi altında bu mövsüm La Liqanın 7 turundan sonra cəmi 1 xal toplayıb. "Elçe" sonuncu - 20-cidir.