04 oktyabr 2022 15:35
332

Malidə Rusiyanın "Su-25" hərbi təyyarəsi qəzaya uğrayıb

Rusiyanın "Su-25" hərbi təyyarəsinin Malinin Qao şəhərində hava limanında qəzaya uğraması nəticəsində bir nəfər ölüb, daha bir neçə nəfər isə yaralanıb.

“İki sahil” xəbər verir ki, məlumatı Rusiya KİV-i yayıb.

Qeyd edək ki, bu ilin yanvarında Fransa mətbuatı Rusiyanın 400-ə qədər muzdlu hərbçisinin Malidə yerləşdiyi barədə məlumat yayıb. Onların "Vaqner" Xüsusi Hərbi Komandanlığına məxsus döyüşçülərin olduğu ehtimal olunur.

Malidəki hərbi rejim isə Rusiyanın muzdlu döyüşçüləri ilə əməkdaşlıq etdiklərinə dair xəbərlərin doğru olmadığını bildirib.