04 oktyabr 2022 15:46
346

Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı müzakirələr bu tarixdə başlayacaq

Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı müzakirələr oktyabrın ortalarında başlayacaq.

“İki sahil” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Alyansdakı səfiri Nataliya Qalibarenko brifinqdə danışıb.

O bildirib ki, Ukraynanın İsveç və Finlandiya kimi hazırlıq mərhələsini ötürərək üzvlük üçün dərhal müraciət etməsi gözlənilən ssenari idi:

“Ukraynanın üzvlük ərizəsi dinamik dəyişikliklərə və hadisələrə reaksiyadır. Tərəfdaş ölkələr bundan xəbərdardır”, - o bildirib.

N.Qalibarenkonun sözlərinə görə, ilk addımlardan biri səfirlər səviyyəsində müzakirə olacaq.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 30-da NATO-ya üzvlüyün sürətləndirilməsi ilə bağlı ərizə imzalamışdı.