04 oktyabr 2022 15:55
326

Bolqarıstanda silah zavodunda partlayış baş verib

Bolqarıstanın Kazanlık şəhərində yerləşən və odlu silah, sursat istehsal edən böyük zavodda (“Arsenal”) partlayış baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Bolqarıstan milli televiziyası məlumat yayıb.

Bildirilib ki, hazırda 3 nəfərin ölümü barədə məlumat var.

Partlayış yerli vaxtla saat 11:00 radələrində, pirotexnik vasitələrin saxlanıldığı anbarda baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, 2 dəfə partlayış olub və hadisə baş verən rayonun üzərində qara tüstü buludu görünür.

Partlayış nəticəsində yaralanan 3 qadın xəstəxanaya çatdırılıb və zavodun 2 nəfər xanım əməkdaşının axtarışları davam edir.