04 oktyabr 2022 16:02
308

Britaniya HHM sistemlərinin Polşada yerləşdirilməsini davam etdirəcək

Böyük Britaniya özünün “Sky Sabre” Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin Polşada yerləşdirilməsini davam etdirməyi qərara alıb.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Ben Uolles Polşada səfərdə olarkən deyib.

Polşa televiziyasının efirində çıxış edərək nazir bildirib: “Qeyd etmək istəyirəm ki, biz Britaniyaya məxsus orta mənzili HHM sistemlərinin Polşada yerləşdirilmə müddətinin uzadılmasını qərara almışıq və burada məqsəd Polşanın Ukraynaya kömək etdiyi halda özünün təhlükəsizliyinin təmin edilməsidir”.

Xatırladaq ki, Böyük Britaniya Polşanı dəstəkləmək və bu ölkənin hava məkanını təhlükəsizliyinin təmin edilməsi üçün orta mənzilli “Sky Sabre” HHM sistemi və əlavə olaraq 100 nəfərdən ibarət personal yerləşdirib.