04 oktyabr 2022 16:25
322

AQTA qida zəhərlənmələri ilə bağlı maarifləndirici video hazırlayıb VİDEO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları qida zəhərlənmələri ilə bağlı maarifləndirici videomaterial hazırlayıb.

“İki sahil” xəbər verir ki, sağlam qidalanmanın təşviqi istiqamətində təqdim edilmiş videomaterialda qida zəhərlənmələrinin nədən qaynaqlandığı izah olunub, belə halların baş verməməsi üçün insanın qida ilə düzgün davranmasının əhəmiyyəti yer alıb.

Eyni zamanda dünyada, qonşu ölkələrdə və Azərbaycanda qida zəhərlənmələrinin statistikası verilib.

Videomaterialda AQTA-nın, habelə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları və həkim-toksikoloq Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən edilmiş 5 Qızıl Qayda, qida məşəli xəstəliklərin iqtisadi və tibbi cəhətdən hansı fəsadlara gətirib çıxara biləcəyi, qida zəhərlənməsi halı yaşandıqda atılmalı olan addımlar barədə öz fikirlərini bölüşüb.

Bütün yaş kateqoriyaları üçün hazırlanmış qida zəhərlənmələri ilə bağlı maarifləndirici video QİDAM (Qidalanmanın İstehlakçılara Düzgün Aşılanma Metodları) layihəsi çərçivəsində hazırlanıb.