SOCAR və Uzbekneftegaz şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə hazırlanan “Yol Xəritəsi”nə uyğun olaraq, 26-29 sentyabr tarixlərində “Uzbekneftegaz” şirkətinin 10 əməkdaşı ölkəmizdə səfərdə olublar.
“İki sahil” xəbər verir ki, SOCAR bununla bağlı paylaşım edib.
Qeyd olunur ki, “Uzbekneftegaz” şirkətinin əməkdaşları müxtəlif istiqamətlər üzrə SOCAR-ın müəssisə və təşkilatlarında təcrübə mübadiləsində iştirak ediblər.